İnsanlara hürriyət, millətlərə istiqlal!

Dilarə Səlim vəzifəsindən azad edildi

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) Mədəniyyət kanalında rəhbər vəzifədə dəyişiklik baş verib.

AzTV sədri Rövşən Məmmədovun əmri ilə Mədəniyyət kanalının direktoru Dilarə Səlimova vəzifəsindən azad edilib.

Onun yerinə isə indiyədək sədrin köməkçisi vəzifəsində çalışan Həmidağa Əsədzadə təyin olunub.

Rəhbər dəyişikliyinin səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Təyinatın hansı tarixdən qüvvəyə mindiyi barədə də məlumat açıqlanmayıb.//Konkret.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyul 2026

09 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR