İnsanlara hürriyət, millətlərə istiqlal!

Dilek İmamoğlunun qardaşı həbs edildi

İstanbulda aparılan “narkotik” və “fahişəlik” iddiaları ilə bağlı istintaq çərçivəsində saxlanılanlar barəsində məhkəmə qərarı verilib. Bu iş üzrə saxlanılanlar arasında Dilek İmamoğlunun qardaşı Ali Kaya da var.

Musavat.com xəbər verir ki, İstanbul Ədliyyəsində (Çağlayan) keçirilən baxışdan sonra Ali Kaya daxil olmaqla 14 nəfərin həbsinə qərar çıxarılıb, 5 nəfər barəsində isə məhkəmə nəzarəti (adli kontrol) tətbiq olunub.

Məlumata görə, İstanbul Cumhuriyyət Baş Prokurorluğunun işi üzrə ümumilikdə 27 nəfər barədə saxlanılma qərarı verilib, əməliyyat zamanı 19 nəfər nəzarətə götürülüb. Saxlanılanlar 4 fevralda keçirilən əməliyyatdan sonra istintaqa cəlb edilib və bu gün prokurorluq ifadələrindən sonra məhkəməyə çıxarılıblar. 

Screenshot_3.png (487 KB)

Türkiyə mətbuatında yer alan informasiyaya əsasən, Ali Kaya prokurorluqdakı prosedurlardan sonra həbs tələbi ilə növbətçi Sulh Cəza Hakimliyinə göndərilib və yekunda məhkəmə həbs qərarı verib.

İstintaqın “narkotik” və “fahişəliyə vasitəçilik/yer təmin etmə” kimi iddialar üzrə davam etdiyi bildirilir. Rəsmi qurumlar iş üzrə araşdırmaların getdiyini vurğulayır. 

Qeyd edək ki, Dilek İmamoğlu hazırda həbsdə olan İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Ekrem İmamoğlunun həyat yoldaşıdır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR