İnsanlara hürriyət, millətlərə istiqlal!

Diplom almaq istəyənlər pul ödəyirlər?

Hazırda diplomlar məzunlara elektron formatda təqdim olunur. Lakin bəzi universitetlərdə ödəniş qarşılığında diplomların ənənəvi, kağız formada da verilə biləcəyi ilə bağlı iddialar səslənir.

Maraqlıdır, bu iddialar nə qədər əsaslıdır?

Musavat.com AzEdu.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, diplomların yalnız elektron formatda verilməsi nəzərdə tutulur və ödəniş müqabilində kağız diplomların verilməsi nəzərdə tutulmur.

Həmçinin bu kimi hallar və ya şikayətlər olduğu təqdirdə, vətəndaşlara sübutlar və ərizə ilə birlikdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə müraciət etmələri tövsiyə olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR