İnsanlara hürriyət, millətlərə istiqlal!

Diplomatik masada "ikinci nəfəs" – ABŞ və İran arasında tarixi saziş ümidi yaranıb

"Al Jazeera" telekanalının yaydığı son məlumata görə, ABŞ və İran arasında aylardır davam edən hərbi gərginlikdən sonra tərəflər nəhayət real sazişə yaxınlaşıblar.

Musavat.com xəbər verir ki, Pakistanın vasitəçiliyi ilə aparılan gizli və aşkar danışıqlarda əhəmiyyətli irəliləyiş qeydə alınıb və tərəflər arasında "ortaq dil" tapılmağa başlanıb.

Pakistan rəsmiləri bildiriblər ki, əvvəlki danışıqların iflasına səbəb olan ciddi ixtilafları (xüsusən də nüvə və Hörmüz boğazı məsələsi) aradan qaldırmaq üçün tərəflər arasında intensiv mesajlaşma mexanizmi qurulub. Pakistan bu dəfə sadəcə ev sahibi deyil, həm də təklifləri redaktə edən tərəf kimi çıxış edir.

Aprelin 22-də başa çatacaq iki həftəlik atəşkəsin daha 45 və ya 60 gün müddətinə uzadılması hazırda müzakirələrin əsas mövzusudur. Ağ Ev rəsmiləri sazişin perspektivləri ilə bağlı "müsbət ruhda" olduqlarını bəyan ediblər.

İddialara görə, yeni razılaşma çərçivəsində İran uranın zənginləşdirilməsini müəyyən səviyyədə dondurmağa, ABŞ isə bəzi dondurulmuş aktivlərin sərbəst buraxılmasına və sanksiyaların qismən yumşaldılmasına yaşıl işıq yandırıb.

Pakistanın təklif etdiyi ən maraqlı bəndlərdən biri Hörmüz boğazında naviqasiya təhlükəsizliyini təmin etmək üçün regional ölkələrin və böyük dövlətlərin iştirakı ilə ortaq patrul xidmətinin yaradılmasıdır.

Baxmayaraq ki, hələlik rəsmi imza atılmayıb, İslamabadda "Serena Hotel"də davam edən marafonda tərəflərin bu dəfə masadan nəticəsiz qalxmaq istəmədikləri vurğulanır. Donald Trampın "hər bir halda biz qalib gələcəyik" bəyanatı isə Vaşinqtonun danışıqlarda daha inamlı mövqedən çıxış etdiyini göstərir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR