İnsanlara hürriyət, millətlərə istiqlal!

DİQQƏT! Sabahdan səhhətinizdə bu problemlər yarana bilər

Britaniya Geoloji Xidmətinin məlumatına görə, bu gün, yəni aprelin 9-da maqnit qasırğası gözlənilmir və günəş küləyinin sürəti fon səviyyəsində qalmaqdadır.

Musavat.com xəbər verir ki, artıq sabahdan etibarən vəziyyət dəyişəcək və geomaqnit sahəsində aktivlik artacaq.

Proqnozlara əsasən, 10-11 aprel tarixlərində Günəşdəki koronal dəliyin təsiri nəticəsində günəş küləyinin güclənməsi gözlənilir ki, bu da G1 səviyyəli zəif geomaqnit qasırğasına səbəb olacaq.

G1 səviyyəli qasırğalar zəif hesab olunur və texnologiyanın işinə demək olar ki, təsir göstərmir.

Lakin bu təbiət hadisəsi meteohəssas insanlarda səhhətin bir qədər pisləşməsinə - baş ağrısı, yorğunluq və yuxu problemlərinə yol aça bilər.

İqbal RZAYEV,
Musavat.com

Землю накроет магнитная буря уже завтра

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR