İnsanlara hürriyət, millətlərə istiqlal!

Donald Tramp Bricit Makrona nə dedi? - Dodaq oxuma üzrə mütəxəssis söhbəti təhlil etdi - VİDEO

Dodaq oxuma üzrə mütəxəssis Ceremi Hiklinq ABŞ Prezidenti Donald Trampın Fransada keçirilən G-7 sammiti çərçivəsində fransalı həmkarı Emmanuel Makron və onun həyat yoldaşı Bricitlə salamlaşmasını təhlil edib.

Bu barədə "IrishStar" nəşri məlumat yayıb.

Ceremi Hiklinqin sözlərinə görə, Tramp fransalı həmkarı ilə görüşərkən "bu axşama hazır olduğunu" bildirib və onu görməkdən məmnunluğunu ifadə edib. Daha sonra tərəflər arasında qısa əl sıxışması baş tutub.

Ardından ABŞ dövlət başçısı Bricit Makronla salamlaşıb. Mütəxəssis qeyd edir ki, o, birinci xanımla əl sıxışaraq bir müddət söhbəti davam etdirib.

Donald Tramp: Salam, əzizim.

Bricit Makron: Ad günün mübarək!

Donald Tramp: Pul üçün təşəkkür edirəm.

Bricit Makron: Xeyirxah bir işə kömək etməkdən məmnunam.

"X" sosial mediasında bəzi istifadəçilər Bricitin Trampın əlini çəkməyə çalışdığını və bunun onunla ABŞ prezidenti arasında mənasız bir mübarizəyə səbəb olduğunu qeyd ediblər.

Qeyd edək ki, iyunun 15-də Fransanın Evian şəhərində dünyanın ən nüfuzlu yeddi ölkəsinin - Böyük Britaniya, Kanada, Almaniya, İtaliya, Fransa, Yaponiya, ABŞ və Avropa İttifaqının nümayəndələrinin iştirakı ilə üç günlük G7 sammiti işinə başlayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR