İnsanlara hürriyət, millətlərə istiqlal!

Dörd nazir ard-arda İSTEFA VERDİ - SENSASİYA

Böyük Britaniyada Baş nazir Keir Starmer hökumətində siyasi gərginlik artır.

Musavat.com xəbər verir ki, son günlər hökumətdə ard-arda istefalar baş verib və artıq 4 nazir postunu tərk edib. Bu hadisə ölkədə “kabinet böhranı” kimi qiymətləndirilir.

Məlumata görə, istefa verən nazirlər arasında Jess Phillips, Miatta Fahnbulleh, Alex Davies-JonesZubir Ahmed yer alır. Onlar hökumətin son dövrlərdə düzgün idarə olunmadığını və ictimai etimadın zəiflədiyini bildiriblər.

İngiltərə mediası yazır ki, hakim Labour Party daxilində də ciddi narazılıq yaranıb. Yerli seçkilərdəki uğursuz nəticələrdən sonra 80-dən çox deputat Starmerin istefasını tələb edib.

Buna baxmayaraq, Baş nazir istefa verməyəcəyini açıqlayıb. Starmer kabinet toplantısında hökumətin fəaliyyətini davam etdirəcəyini və liderlik uğrunda rəsmi prosesin başlamadığını deyib.

Ekspertlərin fikrincə, hökumətdəki çatların böyüməsi Böyük Britaniyada yeni siyasi böhrana səbəb ola bilər. Ölkədə artıq mümkün yeni lider namizədlərinin adları da müzakirə olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR