Onlayn ictimai-siyasi qəzet
Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Gəncə şəhərində və Göygöl rayonunda fəaliyyət göstərən muzeylərin turizm istiqamətində tanıdılması məqsədilə Bakı və Gəncədə fəaliyyət göstərən turizm şirkətləri üçün infotur təşkil edilib.
İnfotur çərçivəsində Gəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi, Nizami Gəncəvinin məqbərəsi və muzeyi, Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi, Göygöl rayonunda yaşamış axırıncı alman sakini Viktor Klaynın ev muzeyi, XIX əsr tarixi-memarlıq abidəsi və Azərbaycanda tikilmiş ilk lüteran kilsəsi, almanlar tərəfindən inşa olunmuş və şərab saxlanılması üçün nəzərdə tutulmuş zirzəmi ziyarət edilib.
Tədbir zamanı turistlərin bu məkanlara səfərlərinin təşkil edilməsi istiqamətində müzakirələr aparılıb.
Musavat.com
25 Avqust 2026
01:06 Qonşu ölkədə məktəbli forması məcburiləşir – tam dəstin qiyməti bəlli oldu, imtina edənləri...
24 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ