Onlayn ictimai-siyasi qəzet
BƏƏ-də regionun ən böyük ticarət kompleksi olacaq Dubai Square Mall layihəsinin inşasına start verilib.
Musavat.com xəbər verir ki, Mərkəzin dəyəri 50 milyard dollara çatır və bu, ölkə tarixində ən bahalı kommersiya layihəsi sayılır.
Məlumata görə yeni kompleks hazırda fəaliyyət göstərən Dubai Mall-dan üç dəfə böyük olacaq.
İçərisində yeni nəsil ticarət qalereyaları, geniş yaşıl zonalar və ziyarətçilərə xidmət göstərəcək İA (süni intellekt) köməkçiləri nəzərdə tutulub.
Açılışın üç il sonra gerçəkləşdirilməsi planlaşdırılır.
Layihə Dubayı Yaxın Şərqin ən böyük alış-veriş və əyləncə mərkəzi kimi mövqeyini daha da möhkəmləndirəcək.
Musavat.com
19 Avqust 2026
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ