Onlayn ictimai-siyasi qəzet
İran milli komandasının futbolçuları Meksikaya enərkən sinələrindəki xüsusi nişanlarla diqqət çəkiblər.
Musavat.com xəbər verir ki, yığmanın bütün üzvləri müharibənin ilk günü Minab şəhərində həlak olduğu bildirilən 168 uşağın xatirəsinə hazırlanmış nişan taxıblar.
Məlumata görə, İran millisinin futbolçuları daha əvvəlki oyunlarda da məktəbdə həlak olmuş qız uşaqlarının xatirəsinə çəhrayı çantalarla meydana çıxıblar.
Bildirilir ki, Minab şəhərindəki Şəhareyi-Təyyibə ibtidai məktəbinə endirilən zərbə nəticəsində 168 uşaq həyatını itirib.
Qeyd olunur ki, Vaşinqton İranın cənubundakı Minab şəhərində yerləşən Şəhareyi-Təyyibə ibtidai məktəbinə hücumun məsuliyyətini üzərinə götürməyib.
Həmçinin Amerika mediasında yayılan məlumatlara əsasən, hadisə ilə bağlı ortaya çıxan sübutların hücum zamanı ABŞ-yə məxsus Tomahavk raketlərindən istifadə edildiyi bildirilir.
Musavat.com
09 Iyun 2026
01:51 Paşinyanın böyük qələbəsi, yoxsa gizli məğlubiyyəti? – Ermənistan seçkilərinin bütün şifrələri
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ