İnsanlara hürriyət, millətlərə istiqlal!

“Dünya Putinə fərqli cavab verməyə hazır olmalıdır”

Putin vəziyyətə nəzarət etdiyini düşündüyü müddətcə sülh mümkün olmayacaq.

Musavat.com xəbər verir ki, bu sözlər ABŞ-ın respublikaçı senatoru Lindsi Qrem tərəfindən səslənib.

Onun sözlərinə görə, Kremlin lideri sülh yox, kapitulyasiya tələb edir və buna razılıq vermək “dünyada daha genişmiqyaslı aqressiyanı təşviq edər və nəticədə hamı üçün fəlakətə çevrilər”.

Senator əlavə edib ki, ABŞ-ın və beynəlxalq ictimaiyyətin Rusiya qarşısında hələ istifadə etmədiyi çoxlu “kozırları” var.

Qrem hesab edir ki, əgər Putin atəşkəsdən, kompromis əsasında hazırlanmış sülh planlarından imtina etməyə davam edərsə və yalnız təslimiyyət tələb edərsə, ABŞ və dünya öz addımlarını dəyişdirməli olacaq”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR