İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyada ən çox qızıl bu ölkələrdədir - Bəs Azərbaycan neçəncidir?

Qlobal iqtisadi qeyri-müəyyənliklərin davam etdiyi bir zamanda ölkələr strateji ehtiyatlarını, xüsusilə də qızıl ehtiyatlarını artırmaqda davam edirlər.

2025-ci ilin əvvəlində dünyanın ən çox qızıl ehtiyatına malik ölkələrinin siyahısı açıqlanıb. Siyahıya ABŞ başçılıq edir. ABŞ-in hazırda 8133 ton qızıl ehtiyatı var.

Ən çox ehtiyata malik digər ölkələr bunlardır:

Almaniya - 3351 ton, İtaliya - 2451 ton, Fransa - 2437 ton, Rusiya - 2330 ton , Çin - 2292 ton , İsveçrə - 1040 ton, Hindistan - 880 ton, Yaponiya - 846 ton, Türkiyə - 624 ton təşkil edir.

Azərbaycan isə 165 ton qızıl ehtiyatı ilə siyahıda 26-cı pillədə qərarlaşıb.

Bu göstəricilər qlobal bazarlarda qeyri-sabitlik fonunda ölkələrin qızıla olan marağının artdığını və qızılın hələ də etibarlı investisiya vasitəsi kimi qəbul edildiyini göstərir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR