Onlayn ictimai-siyasi qəzet
Məşhur Hollivud aktrisası Anne Heytvey "People" jurnalının “Dünyanın ən gözəl qadını” xüsusi buraxılışının üz qabığına seçilib.
Musavat.com xəbər verir ki, ənənəvi olaraq hər il təqdim edilən bu titul bu dəfə Hollivudun ən sevilən simalarından biri olan Heytveyə verilib. Jurnal seçim zamanı aktrisanın yalnız zahiri gözəlliyini deyil, həm də illər ərzində gözəllik anlayışını necə dəyişdirdiyini və yeni nəsil sənətçilərə ilham verən mövqeyini xüsusi vurğulayıb.
Bildirilib ki, məşhur aktrisa çəkilişlər zamanı dizayner Tamara Ralf imzalı diqqətçəkən libasda kamera qarşısına keçib. Çəkiliş prosesi kifayət qədər dinamik və enerjili atmosferdə baş tutub.
Setdə Bad Banni, Billi Eiliş və Madonna kimi ulduzların mahnıları səsləndirilib. 43 yaşlı aktrisanın rahat və özünəinamlı davranışı diqqət çəkib.
Könül
Musavat.com
09 Iyun 2026
01:51 Paşinyanın böyük qələbəsi, yoxsa gizli məğlubiyyəti? – Ermənistan seçkilərinin bütün şifrələri
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ