Onlayn ictimai-siyasi qəzet
Şimali Koreyada xarici serial və filmlərə baxmaq adi qanun pozuntusu deyil, ağır cinayət hesab olunur.
Musavat.com xəbər verir ki, hüquq müdafiə təşkilatlarının və ölkədən qaçan şahidlərin bildirdiyinə görə, Netflix istehsalı olan “Squid Game” kimi seriallara baxan şəxslər – o cümlədən yeniyetmələr – açıq məkanlarda edam edilə bilər.
Məlumatlara əsasən, insan haqları təşkilatları 25 şimali koreyalı qaçqınla müsahibə aparıb. Onların dediklərinə görə, xarici video məzmununa baxmağa görə 5–15 il məcburi əmək cəzası tətbiq olunur, həmin məzmunu yaymaq isə ölüm hökmü ilə nəticələnir. Edamlar çox vaxt bazarlarda və əmək düşərgələrində nümayişkaranə şəkildə həyata keçirilir ki, bu da cəmiyyətə qorxu aşılamaq məqsədi daşıyır.
Şahidlərin sözlərinə görə, bəzi hallarda ailələr minlərlə dollar rüşvət ödəməklə övladlarını cəzadan xilas etməyə çalışır. Lakin bu imkan hamı üçün əlçatan deyil və əsasən kasıb ailələrin uşaqları ən ağır cəzalara məruz qalır.
Maraqlı məqam ondan ibarətdir ki, bütün bu sərt qadağalara baxmayaraq, “Squid Game” və digər xarici seriallar ölkə daxilində gizli şəkildə geniş yayılıb. Qaçqınlar bildirirlər ki, bu seriallara təkcə sadə vətəndaşlar deyil, eyni zamanda məmurlar və güc strukturlarının nümayəndələri də baxır.
Musavat.com
06 Iyun 2026
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ