İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Əsədov belaruslu həmkarı ilə İranın Naxçıvana PUA hücumunu müzakirə etdi

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun belaruslu həmkarı Aleksandr Turçin ilə telefon danışığı baş tutub.

Bu barədə Musavat.com-a Azərbaycan Nazirlər Kabinetindən məlumat verilib.

Telefon danışığı zamanı iki ölkə prezidentlərinin birgə səyləri nəticəsində müxtəlif sahələrdə Azərbaycan-Belarus çoxşaxəli tərəfdaşlığının dinamik inkişafı qeyd edilib.

Hökumət başçıları regiondakı cari vəziyyəti müzakirə ediblər. Ə.Əsədov İranın Naxçıvana pilotsuz uçuş aparatları ilə zərbələri barədə məlumat verib.

Baş nazirlər həmçinin Azərbaycan ilə Belarus arasında qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR