Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) həyata keçirilən struktur islahatları çərçivəsində yeni kadr təyinatları davam edir.
Universitetin Elmi Şurasının qərarına əsasən, kimya elmləri doktoru Elvira Hüseynova Neft-kimya mühəndisliyi kafedrasının müdiri vəzifəsinə təyin olunub.
Elvira Hüseynova bakalavr, magistratura və doktorantura təhsilini ADNSU-da alıb. O, 2006-cı ildən universitetdə laborant, elmi işçi, assistent, dosent və professor vəzifələrində çalışıb.
Təxminən 20 illik elmi-pedaqoji təcrübəyə malik olan alim neft-kimya texnologiyaları, neft və qaz emalı istiqamətlərində tədqiqatlar aparıb. Eyni zamanda dövlət idarəçiliyi sahəsində aparıcı məsləhətçi-hüquqşünas kimi də fəaliyyət göstərib.
Qeyd edək ki, ADNSU-da həyata keçirilən struktur yenilənməsi çərçivəsində fakültə və kafedraların fəaliyyəti optimallaşdırılıb, universitetdə yeni idarəetmə modeli formalaşdırılır./nocomment.az/

19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ