İnsanlara hürriyət, millətlərə istiqlal!

Emin Ağalarov sürücüyə kömək etdi, hərəkəti özü tənzimlədi — VİDEO

Xalq artisti Emin Ağalarov "Sea Breeze"də keçirilən festival zamanı yaranan tıxacla bağlı paylaşım edib.

Sənətçi sosial şəbəkədə yayımladığı videoda yolda hərəkət etməkdə çətinlik çəkən sürücüyə kömək etdiyi anları göstərib. Emin avtomobilin rahat hərəkət etməsi üçün sürücüyə istiqamət verib.

O, daha sonra tıxacların yaranma səbəbləri ilə bağlı fikirlərini bölüşüb:

"Siz yolun ortasında dayananda hər şey iflic olur. Tıxac yollarımızın çatışmazlığından yaranmır. Tıxac bəzi sürücülərin yolun ortasında dayanmaq qərarına gəlməsinə görə yaranır. Amma biz onlarla söhbət edəcəyik".Axşam.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR