Onlayn ictimai-siyasi qəzet
ABŞ-da Epşteyn işi ətrafında yeni siyasi gərginlik yaranır.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, The New York Times qəzeti bununla bağlı maraqlı məlumat yayıb.
Qəzetin xəbərinə görə, ABŞ prezidenti Donald Tramp ədliyyə naziri və baş prokuror Pem Bondini vəzifədən azad etməyi müzakirə edir.
Məlumata əsasən, Tramp son günlərdə Bondinin Ədliyyə Nazirliyinə rəhbərliyindən və xüsusilə Epşteyn işi ilə bağlı fəaliyyətindən narazılığını açıq şəkildə ifadə edib.
Mənbələrin bildirdiyinə görə, Tramp Bondinin yerinə Ətraf Mühitin Mühafizəsi Agentliyinin rəhbəri Li Zeldini təyin etmək variantını da nəzərdən keçirir.
Qeyd olunur ki, yekun qərar hələ verilməsə də, Tramp artıq bir neçə aydır ki, Bondinin fəaliyyətindən narazıdır. Onun əsas iradları Epşteyn işi ilə bağlı addımların siyasi problemə çevrilməsi ilə bağlıdır.
Bundan əlavə, Tramp Bondinin kommunikasiya bacarıqlarını da tənqid edib və hesab edir ki, Ədliyyə Nazirliyi onun rəqiblərinə qarşı kifayət qədər sərt mövqe tutmur.
Musavat.com
10 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ