Onlayn ictimai-siyasi qəzet
"Əgər Epşteyn məsələsi bir islam ölkəsində baş versəydi, dünya susmazdı — qışqırardı".
Musavat.com xəbər verir ki, bu sözləri aktyor Kamran Ağabalayev sosial media hesabında paylaşıb.
K. Ağabalayev fikirlərini belə davam etdirib:
"Başlıqlar eyni anda çıxardı: “İslamın qaranlıq üzü”, “Mədəni gerilik”, “Dini fanatizm qadınları və uşaqları necə məhv edir?” Televiziya studiyalarında “ekspertlər” növbəyə düzülər, bütün bir mədəniyyəti bir cinayətin içində mühakimə edərdi. Sanksiyalar, siyasi təzyiqlər, “insan haqları” dərsləri havada uçuşardı.
Amma hadisə Qərbdə baş verəndə nə oldu? Səssizlik. Yumşaq ifadələr. “Fərdi hadisə”, “sistem xətası”. Günahkarlar ya adını dəyişdi, ya dosyelər itdi, ya da mövzu gündəmdən səssizcə çıxarıldı. Cinayət dəyişmədi, qurbanlar eyni qaldı — dəyişən sadəcə günahkarın hansı coğrafiyada olması idi.
Bu, ədalət deyil. Bu, ikili standartdır. Dünyanın bir hissəsi daim mühakimə kürsüsündədir, digər hissəsi isə toxunulmazlıq zonasında. Əgər ədalət doğrudan da universal dəyərdirsə, o zaman ünvan, din və bayraq tanımamalıdır. Yox əgər tanıyırsa — deməli problem cinayətdə yox, gücdədir".
Qeyd edək ki, istintaqın fikrincə, dünya elitasının ən yüksək dairələrinə daxil olan Cefri Epşteyn onilliklər ərzində geniş miqyaslı insan alveri şəbəkəsi qurub. O, guya azyaşlı qızları fahişəliyə cəlb edib, onlara zorakılıq göstərib, nüfuzlu tanışlarına şantaj və ya əlaqələri möhkəmləndirmək məqsədilə təqdim edib.
2019-cu ildə milyarder məhkəməni gözləyərkən həbsxana kamerasında ölü tapılıb. Rəsmi məlumata görə, Epşteyn intihar edib.
Könül
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ