Onlayn ictimai-siyasi qəzet
Jeffri Epşteyn işi üzrə açıqlanan yeni sənədlərdə ABŞ prezidenti Donald Trampın adı növbəti dəfə qalmaqallı iddialarla gündəmə gəlib.
Musavat.com xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi tərəfindən yayımlanan materiallarda Trampın gənc qızlara qarşı qeyri-etik davranışlar göstərdiyinə dair iddialar yer alır. Sənədlərdə bu iddiaların Epşteynin şəxsi arxivində mövcud olduğu bildirilir.
Məlumata görə, Ədliyyə Nazirliyi Epşteynin ölümündən əvvəl yazdığı son məktublardan birini də ictimailəşdirib. Məktub ABŞ gimnastika millisinin sabiq həkimi, yüzlərlə idmançıya qarşı cinsi cinayətlərə görə 2017-ci ildə 175 il həbs cəzasına məhkum edilən Larri Nassara ünvanlanıb.

Məktubda Epşteyn öz həyatına son qoyduğunu işarə edərək, Nassar ilə onları “birləşdirən ortaq məqam”dan bəhs edir və bu ifadələr istintaq materiallarında xüsusi diqqət çəkir. ABŞ mediası qeyd edir ki, sənəd Epşteyn şəbəkəsinin miqyası və onun müxtəlif nüfuzlu şəxslərlə mümkün əlaqələri barədə sualları daha da dərinləşdirib.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ