Onlayn ictimai-siyasi qəzet
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-də veto mexanizminin ləğv edilməsinin vacibliyini bildirib.
Musavat.com xəbər verir ki, Ərdoğan BMT-nin hazırkı modelinin dəyişdirilməsinin vacibliyini vurğulayıb.
“Veto mexanizmi ləğv edilsin. Yalnız 5 üzvü qoruyan BMT modelindən bütün üzvləri əhatə edən mexanizmə keçək. Baş Assambleyanı güclü, qüvvətli və effektiv edək. Dünyanın problemlərinə 5 üzv deyil, bütün üzvlər həll yolları təqdim etsin və qərarlar qəbul etsin. Çünki dünyanın artıq yeni divarlara deyil, yeni körpülərə ehtiyacı var”, – Ərdoğan bildirib.
Türkiyə Prezidenti Hörmüz boğazı ilə bağlı vəziyyətə də toxunub. Ərdoğan problemlərin dialoq yolu ilə həllinin əsas şərtlərindən biri kimi Hörmüzün açılmalı olduğunu deyib.
O bildirib ki, Türkiyə tərəflərə mümkün qədər tez danışıqlar müstəvisinə qayıtmağın zəruriliyini çatdırır.
Musavat.com
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ