Onlayn ictimai-siyasi qəzet
Gələn həftə Nyu-Yorkda keçiriləcək BMT-nin yüksək səviyyəli nazirlər toplantısında ərəb ölkələri ilk dəfə olaraq HƏMAS-ı açıq şəkildə qınayacaq və onun silahsızlaşdırılmasını tələb edəcək.
Musavat.com xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro açıqlama verib.
Nazir bildirib ki, bu addım Fransa və Səudiyyə Ərəbistanının birgə təşəbbüsünün bir hissəsidir və məqsəd Avropa ölkələrini Fələstin dövlətini tanımağa təşviq etməkdir.
“Bu, sadəcə tənqid deyil, həm də beynəlxalq diplomatik prosesə impuls vermək cəhdidir. Hədəfimiz Yaxın Şərqdə iki dövlətli həllə aparan prosesin dirçəldilməsidir,” – deyə Barro vurğulayıb.
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ