Onlayn ictimai-siyasi qəzet
Ermənistanın sərhəd qoşunlarının və gömrük xidmətinin əməkdaşları ABŞ-də yenidən hazırlıq kursu keçiblər.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.
“Ermənistanın sərhəd qoşunlarının və Dövlət Gəlirləri Komitəsinin nümayəndələri Texas ştatının El-Paso şəhərində keçirilən ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidmətinin beynəlxalq dəmir yolu sərhəd nəzarəti məsələlərinə həsr olunmuş təlimində iştirak ediblər”, - məlumatda deyilir.
Qeyd olunur ki, təlim iştirakçılara gömrük və sərhəd nəzarəti sahəsində ABŞ təcrübəsi, risklərin qiymətləndirilməsi əsasında məqsədyönlü yoxlamaların aparılması və dəmir yolu daşımalarının sərhəddə yoxlanılması ilə bağlı iş prosesi ilə tanış olmaq imkanı verib.
Onlar, həmçinin bu prosesləri praktiki şəkildə müşahidə edib və “Tramp marşrutu” təşəbbüsü çərçivəsində, regional dəmir yolu əlaqələrinin genişləndirilməsi kontekstində Ermənistanda tətbiq oluna biləcək sərhəd nəzarətinin təhlükəsiz və səmərəli təşkili yanaşmaları barədə fikir mübadiləsi aparıblar.
ABŞ səfirliyinin mətbuat xidmətindən bildirilib ki, keçirilən təlim Ermənistanın “Tramp marşrutu” çərçivəsində regional dəmir yolu bağlantısının genişləndirilməsinə hazırlığı baxımından əhəmiyyət daşıyır.
Musavat.com
26 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ