İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni kapitan Səudiyyə Ərəbistanına keçir – milyonluq transfer

Ermənistan millisinin kapitanı Eduard Spertsyan karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə hazırlaşır.

Musavat.com xəbər verir ki, "Krasnodar"ın kapitanı Eduard Spertsyan Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubuna transfer olunur.

Məlumata görə, 26 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 3 illik müqavilə imzalayacaq. Razılaşmada müqavilənin daha bir il uzadılması imkanı da nəzərdə tutulub.

Jurnalist İvan Karpovun məlumatına əsasən, "Krasnodar" bu transferdən 25 milyon avro gəlir əldə edəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR