İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni kilsəsi daxildən yaralanıb və xaricdən təzyiq altındadır – yepiskop Daniel Findikyan

Erməni Apostol Kilsəsinin indiki vəziyyəti həm daxili parçalanma, həm də xarici təzyiqlərlə müşayiət olunur.

Musavat.com
xəbər verir ki, bu barədə yepiskop Daniel Findikyan Eçmiədzində keçirilən liturgiya zamanı bildirib.

Yepiskopun sözlərinə görə, kilsə bu gün “dərin ağrı və xaos” şəraitində toplaşır:

“Dövlət ittiham edir, kilsə müdafiə olunur. Erməni xalqı isə şübhələr və dedi-qodular arasında qalıb”, – Findikyan deyib.

O, kilsənin daxili parçalanmaya sürüklənməsinin qəbuledilməz olduğunu vurğulayıb.

Yepiskop siyasi gündəmin İncil təlimləri üzərində üstünlük qazanmasını “tamamilə yolverilməz” adlandırıb.

Findikyan apostol Pavelin “kilsə – Məsihin bədənidir” fikrini xatırladaraq bildirib ki, erməni xalqı əsrlər boyu məhz bu inamla ağır sınaqlardan və təqiblərdən keçib:

“Heç bir imperiya ermənilərin inamını sındıra bilməyib,” – deyə o əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR