İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni kilsəsində siyasi zəlzələ: Ruben Rubinyan katolikosun postdan gedəcəyini açıq dedi

Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan yerli KİV-ə açıqlamasında hazırkı katolikos Ktrıç Nersisyanın ilin sonunadək postunda qalacağını real hesab etmədiyini bildirib.

Musavat.com xəbər verir ki, Rubinyanın sözlərinə görə, mövcud katolikosun taxtda qalmaq üçün faktiki olaraq heç bir şansı yoxdur: “Mən Ktrıç Nersisyanın taxtda qalmaq üçün hər hansı imkanının olduğunu düşünmürəm. Fikrimcə, o, xristianlara xas şəkildə gedəcək”, – deyə Rubinyan vurğulayıb.

Vitse-spiker katolikosun Yeni il müraciəti ilə çıxış edib-etməyəcəyi ilə bağlı sualı da cavabsız qoyub. Onun sözlərinə görə, hazırda bu vəzifə faktiki olaraq boş sayılır: “Bu post indiki vəziyyətdə de-fakto vakantdır”, – deyə Rubinyan qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyul 2026

13 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR