Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Avropa İttifaqına inteqrasiyası ilə bağlı proseslər ölkədə yeni müzakirələrə səbəb olub. Erməni politoloq Artur Xaçikyan iddia edir ki, bu inteqrasiyanın ilk praktiki nəticəsi qeyri-qanuni miqrantların Ermənistanda yerləşdirilməsi ola bilər.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, politoloq Artur Xaçikyan bu barədə Telegram kanalında paylaşım edib.
"Avropa vədinə əməl etdi – Ermənistanın Avropa İttifaqına inteqrasiyası artıq başlayıb. İtaliyanın təqdim etdiyi plana əsasən, Ermənistan qeyri-qanuni miqrantların vətənlərinə deportasiya edilməzdən əvvəl saxlanılacağı ölkələrdən birinə çevrilə bilər", – deyə Xaçikyan yazıb.
Xaçikyan istehzalı şəkildə əlavə edib ki, hakimiyyətə yaxın təbliğatçılar bunu inteqrasiyanın ilk addımı kimi alqışlayırlar.
"Sonrakı mərhələdə Ermənistanda Avropanın çirkab sularının toplanması və Avropa tullantılarının emalı mərkəzinin yaradılması da planlaşdırıla bilər. Əvəzində isə Avropadan göndərilən hər məhbus müqabilində ermənilər Avropaya bir banka ərik mürəbbəsi ixrac edə biləcəklər. Avropanın Qafqazdakı yeni koloniyası Konqo, Burkina-Faso və Ruandanın yanında öz layiqli yerini tutacaq", – deyə o bildirib.
Musavat.com
23 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ