İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan bu kəndi Gürcüstana VERİB? - İrəvandan AÇIQLAMA

Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan Ciliza kəndinin Gürcüstana təhvil verilməsi ilə bağlı yayılan şayiələri qəti şəkildə təkzib edib.

Musavat.com xəbər verir ki, mətbuat katibi bu barədə yayılan iddiaların tamamilə əsassız olduğunu bildirib.

Bundan əvvəl bir sıra kütləvi informasiya vasitələri Gürcüstan sərhədi yaxınlığında yerləşən və Alaverdi icmasına daxil olan yaşayış məntəqəsinin demarkasiya prosesi çərçivəsində qarşı tərəfə veriləcəyi barədə məlumatlar dərc edib.

Nazeli Baqdasaryanın sözlərinə görə, Ermənistanın suveren ərazisinin hər hansı hissəsinin başqa ölkəyə verilməsi ilə bağlı planlar və ya razılaşmalar barədə bütün iddialar uydurmadır və heç bir real əsası yoxdur.

O, həmçinin qeyd edib ki, Ermənistan ilə Gürcüstan arasında sərhədlərin demarkasiyası prosesi əvvəllər bəyan edilmiş prinsiplər çərçivəsində davam etdirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR