Onlayn ictimai-siyasi qəzet
Ermənistan silahlı qüvvələrində daha bir ölüm hadisəsi baş verib.
Musavat.com xəbər verir ki, ölkənin Müdafiə Nazirliyinə məxsus hərbi hissələrdən birində 19 yaşlı əsgər həyatını itirib.
Məlumata görə, gənc hərbçi poliqonda güllə yarası alıb. Onun ağır vəziyyətdə hospitala aparılmasına cəhd edilsə də, əsgər yolda ölüb.
Məlumatı Ermənistan Müdafiə Nazirliyi də təsdiqləyib. Qurumdan bildirilib ki, aprelin 14-də hərbi qulluqçu Narek Arşakoviç Akopyan vəfat edib.
Hadisənin hansı şəraitdə baş verdiyi hələlik açıqlanmayıb. Ermənistan İstintaq Komitəsinin Hərbi İstintaq İdarəsi faktla bağlı cinayət işi açıb və araşdırmalara başlayıb.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ