İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda ƏMƏLİYYAT: 5 müxalifətçi SAXLANILDI

Ermənistanın Armavir vilayətinin Vaqarşapat şəhəri Şurasının “Qələbə” (“Ağtanak”) fraksiyasının rəhbəri Sevak Xaçatryan ölkədə beş müxalifətçinin saxlanıldığını bildirib.

Musavat.com xəbər verir ki, bu barədə Xaçatryan Facebook”  səhifəsində yazıb:

"Səhər saatlarından etibarən Vaqarşapatda müxtəlif müxalifət mövqeyinə malik şəxslərə qarşı repressiyalar başlayıb. Axtarışlar və həbs əməliyyatları davam edir. Məlumatımıza görə, indiyədək beş nəfər saxlanılıb".

Ermənistanın İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyan TASS agentliyinə açıqlamasında bildirib ki, yaxın vaxtlarda istintaq orqanı məsələyə dair rəsmi bəyanat verəcək. 

"Həbs əməliyyatları bizim səlahiyyətimizə daxildir. Bir qədər sonra bu barədə açıqlama verəcəyik", - o deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR