Onlayn ictimai-siyasi qəzet
Ermənistanda Bütün Ermənilərin Katolikosu II Qareginin qardaşı və qardaşı oğlu saxlanılıb.
Musavat.com xəbər verir ki, istintaq orqanı onların barəsində cinayət işi açılması barədə qərar qəbul edib. Məlumatı vəkil Ara Zoğrabyan sosial şəbəkədə paylaşıb.
Vəkilin sözlərinə görə, qərbyönlü “Respublika” partiyasının üzvü və Eçmiədzin meri vəzifəsinə namizəd Arutyun Mkrtçyan Gevorq və Ambarsum Nersisyanları xuliqanlıqda və onun seçki kampaniyasına mane olmaqda ittiham edib.
Ara Zoğrabyan bu ittihamları əsassız adlandırıb və hadisənin adi bir söhbət olduğunu bildirib. O, bunu sübut etmək üçün müşahidə kameralarının görüntülərini də ictimaiyyətə təqdim edib.
Hazırda Ermənistan İstintaq Komitəsi hadisə ilə bağlı araşdırmanı davam etdirir.
***
Ermənistanda bütün ermənilərin katolikosu II Qareginin qardaşı və qardaşı oğlu saxlanılıb.
Musavat.com xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin məlumatına əsasən, onlar seçki kampaniyasının gedişinə mane olmaqda və vətəndaşları müəyyən siyasi tədbirlərdə iştirakdan çəkindirməkdə ittiham olunurlar.
Rəsmi məlumata görə, istintaqın gedişində kilsə rəhbərliyinə yaxın şəxslərin seçki proseslərinə təsir göstərmək üçün inzibati və dini nüfuzlarından istifadə etdikləri iddia olunur.
Hazırda saxlanılan şəxslərlə bağlı istintaq hərəkətləri davam edir.
Musavat.com
03 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ