İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda qaz şoku: maye qazın qiyməti kəllə-çarxa çıxdı

Erməni sosial şəbəkə istifadəçilərinin məlumatına görə, Ermənistanda maye qazın (LPG) qiymətləri yenidən sürətlə artıb.

Musavat.com xəbər verir ki, bəzi yanacaqdoldurma məntəqələrində bir litr maye qazın qiyməti 200 dramdan 280 drama yüksəlib.

Bu artım dollar ifadəsində təxminən 0,73 ABŞ dolları təşkil edir.

Qiymət artımına bir neçə əsas amil təsir göstərib:

maye qaz idxalından asılılığın artması,

nəqliyyat və logistika xərclərinin yüksəlməsi,

daxili bazarda təklifin qeyri-sabitliyi.


Qeyd edək ki, maye qaz Ermənistanda əsasən taksilər və şəxsi avtomobillər üçün ən çox istifadə olunan yanacaq növlərindən biridir. Kəskin bahalaşma fonunda əhalinin gündəlik xərclərinin artacağı və sosial narazılığın dərinləşəcəyi istisna olunmur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2026

11 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR