İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda seçki savaşı yaxınlaşır: 79 min pasport...

Ermənistanda parlament seçkiləri ilə bağlı yeni müzakirələr başlayıb.

Musavat.com xəbər verir ki, “Güclü Ermənistan” blokundan deputatlığa namizəd Aram Vardevanyan parlament seçkiləri zamanı 79 min 125 pasportun sistem tərəfindən oxunmadığını açıqlayıb.

Onun sözlərinə görə, həmin seçicilərin məlumatları elektron qaydada yoxlanılmayıb və məntəqələrdə çalışan mütəxəssislər tərəfindən əl ilə sistemə daxil edilib.

Vardevanyan bu məsələnin ətraflı araşdırılmasının vacib olduğunu bildirib. O qeyd edib ki, belə böyük sayda pasportun sistemdə işləməməsi seçki prosesində diqqət yetirilməli məqamlardan biridir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR