Onlayn ictimai-siyasi qəzet
Antikorrupsiya Komitəsində baxılan cinayət icraatı çərçivəsində rüşvət vermə və rüşvət alma ittihamı ilə “Qazprom Ermənistan” şirkətinin və Müfəttişlik Qurumunun əməkdaşları saxlanılıb.
Musavat.com erməni mediasına istinadən bildirir ki, bununla bağlı Antikorrupsiya Komitəsi açıqlama yayıb:
“Təsdiq edirik ki, Ermənistanın Antikorrupsiya Komitəsində başlanmış cinayət icraatı çərçivəsində “Qazprom Ermənistan” QSC-nin 4 əməkdaşı və Şəhərsalma, Texniki və Yanğın Təhlükəsizliyi Müfəttişlik Qurumunun 1 vəzifəli şəxsi saxlanılıb”.
Məlumatda deyilir ki, icraat yeni tikililərin qaz təchizatı prosesində yol verilən pozuntulara göz yumulması müqabilində müsbət rəyin verilməsi üçün rüşvət verilməsi halları ilə bağlıdır:
“Saxlanılan 4 şəxs barəsində qətimkan tədbiri kimi həbs, 1 şəxs barəsində isə ev dustaqlığı seçilib”.
Qeyd edək ki, son günlər Ermənistanda ən müxtəlif sahələri əhatə edən həbslər həyata keçirilir.
Musavat.com
14 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ