Onlayn ictimai-siyasi qəzet
Seçkilərin nəticələrinə etiraz edən qüvvələrə müraciət edən Ermənistanın MSK rəhbəri çıxış yolu göstərib.
Musavat.com xəbər verir ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Vaaqn Ovakimyan bəzi seçki məntəqələri ilə bağlı iradların olduğunu, lakin həmin məntəqələrdə müvafiq siyasi qüvvələrin etibarlı nümayəndələrinin iştirak etmədiyini bildirib.
Onun sözlərinə görə, seçki qanunvericiliyinə əsasən, etibarlı nümayəndə məntəqədə olmayıbsa, həmin məntəqə üzrə səslərin yenidən sayılması tələbi ilə rəsmi şikayət vermək mümkün deyil.
Ovakimyan qeyd edib ki, problem gördükləri bütün seçki məntəqələrinin siyahısını təqdim etmələri üçün müvafiq tərəflərə müraciət edib.
MSK sədri bildirib ki, Seçki Məcəlləsinə uyğun olaraq belə müraciətlər formal şəkildə rədd ediləcək. Lakin bundan sonra komissiya öz təşəbbüsü ilə göstərilən seçki məntəqələrində səslərin yenidən sayılmasını həyata keçirə bilər.
O, yenidən sayılmasını istədikləri məntəqələrin ərizədə dəqiq göstərilməsini xahiş edib.
Musavat.com
09 Iyun 2026
01:51 Paşinyanın böyük qələbəsi, yoxsa gizli məğlubiyyəti? – Ermənistan seçkilərinin bütün şifrələri
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ