Onlayn ictimai-siyasi qəzet
İraq Kürdüstanının paytaxtı Ərbildə Ermənistan Respublikasının müstəqilliyinin 35-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib.
Musavat.com xəbər verir ki, tədbirdə Məsud Bərzaninin nümayəndəsi, Ərbil qubernatoru, Kürdüstan muxtariyyətinin siyasi, diplomatik və dini dairələrinin yüksək vəzifəli təmsilçiləri, eləcə də biznes nümayəndələri iştirak ediblər.
Qəbulda erməni və digər xristian icmalarının dini rəhbərləri də təmsil olunublar.
Tədbir iştirakçıları Ermənistanın diplomatik nümayəndələri və ölkənin Ərbildəki Baş Konsulluğunun əməkdaşları ilə görüşüblər.
Qəbul zamanı Ermənistanla İraq Kürdüstanı arasında tarixi və mədəni əlaqələrdən danışılıb. Tərəflər münasibətlərin daha da inkişaf etdirilməsinin, həmçinin müxtəlif istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ