İnsanlara hürriyət, millətlərə istiqlal!

"Eurovision"da səsvermə qalmaqalı: Televiziya rəhbəri istefa verdi

Moldovada "Eurovision" səsverməsi qalmaqalı ölkənin ictimai yayım qurumunda istefaya səbəb olub.

Ölkənin radio və televiziya rəhbəri "Avroviziya" Mahnı Müsabiqəsində verilən səslərlə bağlı yaranan kəskin narazılıqlardan sonra vəzifəsindən ayrılıb.

Etirazlara səbəb Moldovanın münsiflər heyətinin qonşu Rumıniyaya finalda cəmi üç xal verməsi olub. Sosial şəbəkələrdə yüzlərlə izləyici və müsabiqə fanatı bu qərarı tənqid edərək səsvermənin ədalətsiz olduğunu bildirib.

Qeyd edək ki, Moldova ilə Rumıniya arasında tarixi, dil və mədəni bağların güclü olması səbəbindən verilən aşağı xal ölkədə xüsusilə emosional reaksiya doğurub./milli.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR