İnsanlara hürriyət, millətlərə istiqlal!

Fenomenin toyunda qızıl şousu: Qayınanasına davranışı gündəm oldu

Sosial media fenomeni Çağla Öz ilə “Vanlı Kara Haydar” ləqəbli Mehmet Fatih Tançalanın toy mərasimi taxılan kilolarla qızıl və gəlin-qayınana arasında yaşanan gərginliklə gündəmə gəlib.

Musavat.com xəbər verir ki, cütlüyün toyunda keçirilən zinət mərasimi əsl qızıl nümayişinə çevrilib.

Gəlinə taxılan çoxsaylı qızıl bilərziklər Çağla Özün qollarına sığmayıb.

Bundan sonra maraqlı üsula əl atılıb. Qollarına taxıla bilməyən bilərziklər qalın qızıl zəncirə düzülərək gəlinin boynundan asılıb. Görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Toy mərasimində diqqət çəkən digər məqam isə gəlinlə qayınana arasında yaşanan qısa gərginlik olub.

Mərasim zamanı qayınanasının əlindəki tacı götürən Çağla Öz onu başqa bir şəxsə uzadaraq “Xeyr, sən tax” deyib.

Gəlinin bu hərəkəti sosial mediada toyun ən çox müzakirə olunan anlarından birinə çevrilib.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Sentyabr 2026

07 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR