İnsanlara hürriyət, millətlərə istiqlal!

Flora Kərimova ilə bağlı MƏLUMAT yayıldı

"Flora xanım özünü çox yaxşı hiss edir, sabah evə buraxılacaq".

Bu barədə açıqlamasında Xalq artisti Flora Kərimovanın köməkçisi Yaqut İmanova məlumat verib.

Onun sözlərinə görə, Flora Kərimovanın səhhəti hazırda qənaətbəxşdir:

"Onun vəziyyəti çox yaxşıdır. Danışır, gülür, əhvalı yerindədir. Sabah günün ikinci yarısında onu xəstəxanadan evə aparacağıq. Maraqlanan, zəng edən və diqqət göstərən hər kəsə təşəkkür edirik", - deyə Y. İmanova bildirib.

Qeyd edək ki, F.Kərimova səhhətində yaranan narahatlıq səbəbindən bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib. Onun müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.\\oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR