İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa Cənubi Kiprdə qoşun yerləşdirəcək - Saziş bu gün imzalanır

Fransa və Cənubi Kipr bu gün Parisin adada qoşun yerləşdirməsinə icazə verən müdafiə müqaviləsi imzalayacaqlar. Musavat.com xəbər verir ki, məlumatı Politico yüksək vəzifəli Kipr rəsmilərinə istinadən yayıb.

Nəşrin məlumatına görə, müqavilə Fransa Silahlı Qüvvələri naziri Ketrin Votrin və Kipr Prezidenti Nikos Xristodulides tərəfindən 8 iyunda Aİ Şurasının qeyri-rəsmi iclasında imzalanacaq. Saziş Fransa qoşunlarının adada yerləşdirilməsi və əməliyyatlarının şərtlərini müəyyən edəcək.

Xristodulides sazişlə bağlı açıqlama verib: "Saziş genişləndirilmiş əməkdaşlığın bir hissəsi olaraq, yalnız humanitar məqsədlər üçün Kipr ərazisində Fransa qoşunlarının olmasını nəzərdə tutur".

Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) bölgədə gərginliyin artması təhlükəsini nəzərə alaraq müqaviləyə qarşı çıxıb. ŞKTC həmçinin Yunan Kiprinin bütün ada adından müqaviləni imzalamaq hüququna malik olmadığını bəyan edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR