Onlayn ictimai-siyasi qəzet
Fransanın xarici işlər naziri Avropanın Rusiya ilə birbaşa və müstəqil kommunikasiya kanalına ehtiyac duyduğunu bəyan edib.
Musavat.com xəbər verir ki, bu fikirləri Fransanın xarici işlər naziri Jean-Noel Barrot Libération qəzetinə müsahibəsində səsləndirib.
Nazirə Fransa prezidenti Emmanuel Macronun ötən ilin dekabrında Moskva ilə dialoqun yenidən başlanması ilə bağlı açıqlaması xatırladılıb. Barrot bildirib ki, hazırda Ukraynanın maliyyə və hərbi baxımdan əsas dayağı olan avropalılar, məsuliyyəti heç kimə ötürmədən, öz maraqlarını qoruyacaqları ayrıca bir əlaqə mexanizminə sahib olmalıdırlar.
Onun sözlərinə görə, Avropanın Rusiya ilə birbaşa ünsiyyət kanalı yaratması strateji zərurətdir və bu, Avropanın təhlükəsizlik maraqlarının kənar aktorlardan asılı olmadan müdafiəsinə imkan verər.
Fransa XİN rəhbəri vurğulayıb ki, Paris prinsip etibarilə Rusiya ilə dialoq imkanından heç vaxt imtina etməyib. Lakin belə bir dialoq yalnız Ukrayna və Avropalı müttəfiqlərlə münasibətlərdə tam şəffaflıq qorunmaqla mümkün ola bilər.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ