Onlayn ictimai-siyasi qəzet
Fransa Səudiyyə Ərəbistanının Yanbu liman şəhərindəki enerji infrastrukturunu qorumaq üçün qoşun və hərbi texnika göndərəcək.
Musavat.com xəbər verir ki, bunu Prezident Emmanuel Makron France 2 telekanalına deyib: "Bu gün Səudiyyə Ərəbistanı ilə razılaşdırdığımız məsələ məhz budur. Bu obyekti qorumaq üçün hərbi aktivlər, yəni qoşunlar, radar stansiyaları və hava hücumundan müdafiə sistemləri göndərəcəyik".
Eyni zamanda, o, "bu, Fransanın hər hansı bir münaqişəyə girməsi ilə bağlı deyil" deyə vurğulayıb.
Musavat.com
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ