Onlayn ictimai-siyasi qəzet
2025-ci ilin dekabrında Rusiyanın “kölgə donanmasına” aid Qendil tankerinə edilən hücum zamanı Baş Kəşfiyyat İdarəsinin generalı Andrey Averiyanovun öldüyü iddia edilir.
Bu barədə Fransanın RFI radiostansiyası məlumatlı mənbələrə istinadən xəbər yayıb.
Məlumata görə, əməliyyatın arxasında Liviyanın ərazisindən, rəsmi Tripoli ilə koordinasiya şəraitində hərəkət edən Ukrayna hərbçiləri dayana bilər.
Bildirilir ki, tankerə ekipajdan əlavə, “dənizçi qiyafəsində” təxminən on yüksək vəzifəli rusiyalı kəşfiyyat əməkdaşı da olub. Hücum nəticəsində iki nəfər həlak olub, yeddi nəfər yaralanıb. Ölənlər arasında Averiyanovun da olduğu iddia edilir.
Rusiya tərəfi bu məlumatı hələlik rəsmi şəkildə şərh etməyib./Ajans.az
15 Sentyabr 2026
02:27 Ordumuzun 2022-ci ildəki zərbəsi İrəvanda unudulmur – Parlament sədrindən Rusiyaya ağır sözlər
14 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ