Onlayn ictimai-siyasi qəzet
Abşeron rayonunun Xırdalan şəhərində 1966-cı il təvəllüdlü Nəbiyev Rasim Gündüz oğlu itkin düşüb.
Musavat.com xəbər verir ki, Rasim Nəbiyev sentyabrın 3-də Xırdalan şəhərində, Ruhulla Axundov küçəsi, 20-ci məhəllədə yerləşən evindən çıxıb və bir daha geri qayıtmayıb.
Məlumata görə, həmin tarixdən etibarən onunla əlaqə saxlamaq mümkün olmayıb. Yaxınları Rasim Nəbiyevin yerinin müəyyənləşdirilməsi üçün ictimaiyyətdən kömək istəyir.
Onu görən, harada olduğunu bilən və ya itkin şəxslə bağlı hər hansı məlumatı olan şəxslərdən aşağıdakı nömrə ilə əlaqə saxlamaları xahiş olunur: 010 223 74 01

Şahanə Rəhimli
Musavat.com
13 Oktyabr 2026
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ