İnsanlara hürriyət, millətlərə istiqlal!

Göydən kül, dağdan od yağır – təxliyə başladı-Video

Qvatemalada yerləşən və Mərkəzi Amerikanın ən aktiv vulkanlarından sayılan Fuego yenidən püskürməyə başlayıb.

Musavat.com xəbər verir ki, bölgədən yayılan yeni görüntülər vulkanın lav, kül və yüksək temperaturlu piroklastik axınlar püskürtdüyünü göstərir.

Vulkanın aktivliyinin artması ilə əlaqədar ərazidə yüksək səviyyəli həyəcan vəziyyəti elan olunub.

Lav və vulkan külünün yaşayış məntəqələri istiqamətində hərəkəti səbəbindən təhlükəli ərazilərdə yaşayan insanların təxliyəsinə başlanılıb. Məlumata görə, təkcə son sutka ərzində təxminən 700 nəfər təhlükəsiz ərazilərə köçürülüb. 

Fuego vulkanının püskürməsi zamanı atmosferə böyük həcmdə kül qalxıb, vulkanın yamacları boyunca isə közərmiş süxur parçaları və qazdan ibarət piroklastik axınlar müşahidə olunub.

Fuego Mərkəzi Amerikanın ən aktiv və təhlükəli vulkanlarından biri hesab edilir. Vulkanın aktivliyinin qəfil yüksələ bilməsi ətraf yaşayış məntəqələri üçün ciddi təhlükə yaradır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Avqust 2026

13 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR