İnsanlara hürriyət, millətlərə istiqlal!

Gözlər İrəvanda! Sabah QAN tökülə bilər, Paşinyandan Rusiyadan gələnlərə ŞOK çağırış

Ermənistanın hakim partiyası Baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə İrəvanda son seçki mitinqini keçirib. Seçki olduqca izdihamlı alınıb.

Mitinqdə çıxış edən Nikol Paşinyan meydana toplaşanların qarşısında diz çöküb və rəqiblərini də xalqın qarşısında diz çökməyə məcbur edəcəyini deyib. Bu barədə sosial mediada görüntülər yayımlanıb.

O, Robert Koçaryanı, Samvel Karapetyanı və Qaqik Tsarukyanı cinayətlərdə ittiham edərək, onları cinayət məsuliyyətinə cəlb etməklə hədələyib.

Paşinyan ruspərəst müxalif partiyaları "üçbaşlı müharibə partiyası" adlandıraraq, onların 7 iyun 2026-cı il seçkilərində parlamentə düşməməli olduqlarını deyib: "Bu, Ermənistan xalqının ləyaqəti məsələsidir. Ermənistan xalqını rüşvətlə ələ ala və nüfuzdan sala biləcəklərinə inanan həmin siyasi qüvvələr, agent şəbəkələri səsvermənin nəticələrinə görə diz çökdürülməlidir".

Paşinyan Robert Koçaryanı seçkidən sonra həbs etmək niyyətində olduğunu açıqlayıb: “Koçaryan seçkilərdən dərhal sonra həbs olunmalı və 1 mart 2008-ci il cinayətinə görə məhkəməyə verilməlidir... 1 mart hadisəsindəki cinayətlərdə günahkar olanlar uzun illər həbs cəzasına məhkum edilməlidirlər. Baş Prokurorluq onun ailəsindən qanunsuz əldə edilmiş 200 milyon dollarlıq əmlak və maliyyə resurslarını tələb edir və məhkəmə sistemi bu oğurlanmış əmlakı Ermənistan Respublikasına qaytarmalıdır”.

TV Musavat-ın saat 12:00-da canlı yayımlanan "Həftə içi" verilişində aparıcı Emil Salamoğlunun suallarını politoloq Oqtay Qasımov cavablandırır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR