Onlayn ictimai-siyasi qəzet
Sentyabrın 25 və 26-da Günəşdə M sinifli güclü partlayışlar baş verə bilər.
Musavat.com xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu proqnoz yayıb.
Mütəxəssislərin məlumatına görə, yaxın iki gün ərzində Günəş aktivliyi ümumilikdə aşağı səviyyədə qalacaq. Bununla belə, M sinifli partlayışların baş verməsi istisna edilmir.
Sentyabrın 25-də geomaqnit sahənin qeyri-sabit olması mümkündür. Növbəti gün isə əsasən sakit vəziyyət gözlənilir, lakin ayrı-ayrı dövrlərdə qeyri-sabitlik yarana bilər./milli.az/
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ