İnsanlara hürriyət, millətlərə istiqlal!

Güneyli azərbaycanlılar və ərəblər Stokholmda mitinq keçirəcəklər

İranda teokratik rejimin etiraz aksiyaları keçirən insanlara qarşı həyata keçirdiyi qətliam xaricdə yaşayan İran vətəndaşlarını, o cümlədən Güney Azərbaycandan olanları qəzəbləndirib. Güneyli azəarabaycanlılar İran rejiminə etirazlarını İsveç parlamentinin qarşısında mitinq keçirməklə nümayiş etdirmək qərarına gəliblər.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin Musavat.com-a bu barədə verdiyi məlumata görə, İseveçdə yaşayan azərbaycanlılar yanvarın 18-də saat 12-də Stokholmda İsveç parlamentinin qarşısında mitinq keçirəcəklər:

“Belə bir aksiyanın keçiriləcəyi barədə mənə Güney Azərbaycan İstiqlal Partiyasının İsveç üzrə təmsilçisi, müstəqil Azərbaycan ideyalarını müdafiə edən siyasi xadim Səməd Fərtaş məlumat verib”.

Mitinq təşkilatçılarınn yaydığı müraciətdə isə bildirilir: “Səsimiz birləşsin, haqqımız eşidilsin! Bu gün susmaq, sabahın haqqını itirməkdir. Bu gün bir addım atmamaq, sabah övladımıza cavab verə bilməməkdir. İsveçdə yaşayan bütöv Azərbaycan türk millətini — vicdanı olan hər soydaşımızı bu mitinqə çağırırıq".

Müraciətdə bildirilir ki, mitinqin təşkilatçıları İran hakimiyyətinin Güney Azərbaycanda və bölgədə törətdiyi zülmü, zorakılığı, insan haqlarının tapdanmasını açıq şəkildə məhkum etmək üçün bir araya gəlir. "Bu mitinq təkcə bir aksiyadan ibarət deyil. Bu, millət olaraq varlığımızı, kimliyimizi, ləyaqətimizi dünyaya göstərməkdir. Bu, haqsızlığa qarşı “yox” demək, səsimizi İsveç cəmiyyətinə və beynəlxalq ictimaiyyətə çatdırmaqdır. Bu aksiyada Əhvaz ərəbləri də bizimlə birlikdə olacaq”, - müraciətdə bildirilir.

Məlumatda mitinqin polislə razılaşdırıldığı və 2 saat nəzərdə tutulduğu deyilir.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR