İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda ŞOK QƏRAR: Xaricdə yaşayan vətəndaşlara...

Gürcüstan hakimiyyəti xaricdə yaşayan ölkə vətəndaşlarının seçkilərdə səsverməsini qadağan etməyə hazırlaşır.

Musavat.com xəbər verir ki, bu barədə parlament spikeri Şalva Papuaşvili brifinqdə açıqlama verib.

Papuaşvili bildirib ki, 2024-cü il parlament seçkiləri göstərib ki, xaricdəki seçicilərə informasiya və siyasi təzyiq çox yüksək olur:

"2024-cü il parlament seçkiləri yaxşı nümayiş etdirdi ki, ölkə xaricində yaşayan seçicilər nə qədər açıq və sərt informasiya-siyasi təzyiqə məruz qala bilər. Bu baxımdan risklər xüsusilə qeyri-rezidentlər üçün artır. Çünki onlar yad mühit və başqa ölkələrin yurisdiksiyası altında siyasi təsirlərə məruz qalırlar və dövlət bu müdaxilələrin qarşısını almaqda çətinlik çəkir".

Yeni qərarın qəbul olunacağı halda, xaricdə yaşayan yüz minlərlə gürcü vətəndaşının seçki hüququ ciddi şəkildə məhdudlaşdırılacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR