İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanın Baş naziri Azərbaycanla əməkdaşlığa yüksək qiymət verdi

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanla münasibətləri “güclü müttəfiqlik” adlandırıb.

Musavat.com xəbər verir ki, o, bunu “X” sosial şəbəkəsindəki paylaşımında qeyd edib.

Kobaxidze bildirib ki, Aşqabad Forumunun çərçivəsində Azərbaycanın Baş naziri Əli Əsədovla görüşüb. Onun sözlərinə görə:

“Gürcüstan və Azərbaycan regional sülhün və sabitliyin qorunması üçün birgə fəaliyyətini davam etdirir. Biz strateji tərəfdaşlığımızın inkişafına sadiqik”.

Baş nazir iki ölkə arasında möhkəm siyasi, iqtisadi və təhlükəsizlik əməkdaşlığının davam etdiyini xüsusi vurğulayıb. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2026

23 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR